1764081700225481 6O0LmzV scaled

ABŞ hökuməti Macarıstanın “MOL” şirkətinə 21 noyabr 2026-cı ilə qədər “Lukoyl”dan neft almağa icazə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsin istinadən məlumat yayıb.

Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstanın Rusiya şirkətlərinə qarşı sanksiyalardan azad olduğunu təsdiqləyib.

Lakin əməliyyatlar ABŞ vətəndaşlarına və maliyyə sisteminə təsir göstərə bilməz.

Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi Rosneft, Lukoyl və onların törəmə şirkətlərini Rusiya əleyhinə sanksiyalar paketinə daxil edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: