kremlin peskov ap 1532992 900x506 2

Kreml Ağ Evdən fərqli olaraq bütün jurnalistlərlə əməkdaşlıq edir”.

 Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, bu fikri Ağ Evdə CNN və bir sıra digər media qurumlarının jurnalistlərinin fəaliyyətinə qoyulan qadağanı şərh edərkən bildirib.

Xatırladaq ki, sentyabrın 18-də ABŞ Prezidenti Donald Tramp CNN, MS NOW telekanallarının və Politico nəşrinin Ağ Evə girişini məhdudlaşdırmaq qərarına gəlib.

Siyasətçi bildirib ki, onların ardınca digər media qurumları da bu siyahıya əlavə oluna bilər.

Dövlət başçısı məhkəmənin onun qərarını ləğv edə biləcəyini etiraf edib. Bununla belə, Tramp həmin media qurumlarını administrasiyası haqqında “saxta xəbərlər” yaydıqları üçün “yalançı” adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: