İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistanın XİN rəhbəri İshaq Dar telefon danışığı keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, tərəflər regionda baş verən son hadisələri, ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Pakistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, İshaq Dar enerji resurslarının fasiləsiz tədarükünün, eləcə də gəmilərin təhlükəsiz və sürətli hərəkətinin vacibliyini vurğulayıb.
O qeyd edib ki, regionda artan gərginliyin inkişaf etməkdə olan ölkələrə və qlobal təchizat zəncirlərinə təsirləri nəzərə alınmaqla, bu məsələlər xüsusi əhəmiyyət daşıyır.
Pakistanlı nazir əlavə edib ki, regionda sülh və sabitliyin təmin olunmasının yeganə praktiki yolu dialoq və diplomatiyadır.
Tərəflər sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Əraqçi və Dar həmçinin BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda şəxsən görüşməyi planlaşdırırlar.
Əliyar Xəlil