“Baku ID” bu il beşinci ildönümünü qeyd edir.
Globalinfo.az xəbər verir ki, tədbir ilk dəfə “Sabah city”də keçirilir.
Bildirilib ki, “Baku ID” beş il əvvəl Azərbaycanın startap və innovasiya ekosisteminin inkişafına töhfə vermək, bu sahədə fəaliyyət göstərən insanları bir araya gətirmək məqsədilə yaradılıb.
Qeyd olunub ki, “Sabah city” ekosistemin yeni mərkəzi olacaq.
Layihəyə Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, PASHA Holding, SOCAR, NEQSOL Holding və Moonwake dəstək göstərib.
Texnoparkda fiziki işlərə 10 ay əvvəl başlanılıb.