Uqanda əsilli Devis Akampurira Rusiya Prezidenti Vladimir Putin üçün xüsusi hədiyyə hazırlayıb.
Globalinfo.az xəbər verir ki, Akampurira Yekaterinburqda keçirilən Beynəlxalq Gənclər Festivalına qatılıb və özü yetişdirdiyi Uqanda qəhvəsindən iki paket gətirib.
Gənc bildirib ki, qəhvəni şəxsən yetişdirib, yığıb və öz fermasında qablaşdırıb.
Onun sözlərinə görə, Uqanda dünyanın ən keyfiyyətli qəhvələrini istehsal edən ölkələrdən biridir. Akampurira hədiyyənin vətəninin münbit torpağını, insanların əməyini və ölkənin təbii sərvətlərini simvolizə etdiyini deyib.
Akampurira daha əvvəl Vladimir Putinin “Afrikadan olan oğlu” olmaq istədiyini açıqlaması ilə diqqət çəkib. O, Rusiya lideri ilə yenidən görüşmək və hazırladığı qəhvəni Kremlə çatdırmaq istədiyini bildirib.
Tahir Turan
Globalinfo.az