Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın etirafı diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “TASS”-a açıqlamasında danışıb.
“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” ifadəsi bizə Çindən gəlib”, – deyə diplomat qeyd edib.
Zaxarova etiraf edib ki, bu ifadənin mənşəyindən xəbərsiz olub və hətta buna görə utandığını vurğulayıb.
Onun sözlərinə görə, yüzlərlə, hətta minlərlə il yaşı olan bu ifadə çinli sərkərdə tərəfindən işlədilib və XX əsrin 50-ci illərindən Rusiyada geniş yayılıb.
Zaxarova bu fikirləri Çinlə Rusiya arasında müddətsiz vizasız rejimin tətbiq olunmasını şərh edərkən səsləndirib.
Qeyd edək ki, avqustun 31-də Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Çin lideri Si Cinpin ilə görüşü zamanı iki ölkə arasında vizasız rejimin daimi əsasda tətbiq edilməsini təklif edib. Putin Moskvanın bu məsələ ilə bağlı birgə işləməyə hazır olduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az