“ABŞ gəmiləri İranın müəyyən etdiyi əraziyə daxil olacaqları təqdirdə hərbi cavabla üzləşəcəklər”.
Globalinfo.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə müavini Əli Məhəmmədi deyib.
Məhəmmədi həmçinin bildirib ki, ABŞ-ın dəstəklədiyi cənub marşrutu ilə hərəkət edən gəmilər Oman ərazisindəki Xəsəb limanı yaxınlığına çatdıqdan sonra zərbə təhlükəsindən sığortalanmayacaq.
Safura Bənnayeva
Globalinfo.az