Xəbər verdiyimiz kimi, sentyabrın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən seçkidə Xalq artisti Şəfiqə Məmmədova sədr seçilib.
Globalinfo.az “Yeni Sabah”a istinadən bildirir ki, lakin ona alternativ namizəd olan Xalq artisti Həmidə Ömərova seçkinin düzgün aparılmadığını açıqlayıb. Aktrisa bu barədə APA TV-yə açıqlamasında deyib:
“Müstəqil platformanın seçilən nümayəndəsi kimi gözləyirdim ki, mənə söz verəcəklər. Amma nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi. Əgər kinematoqrafçıların üzvləri kiminsə namizədliyini irəli sürürsə, onu da dinləmək lazım idi. Amma mən öz fikrimi deyə bilmədim”.
“Sizə söz verilsəydi, nə deyərdiniz?” sualına isə Həmidə Ömərova belə cavab verib:
“Öz platformamı deyəcəkdim. Amma artıq bunun mənası yoxdur”.