manat

Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə ayrılan subsidiyalarla bağlı qərarı narazılıq yaradıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı iqtisadçı Natiq Cəfərli paylaşım edib.

Onun sözlərinə görə, nazirlik qərar verib kidiri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə, kəsim zamanı hər kiloqram diri çəki üzrə 0,4 manat (40 qəpik) məhsul subsidiyası veriləcək:

“Yəni, 600 kq diri çəkisi olan heyvan kəsəndə 240 manat subsidiya ala bilərsən. Azərbaycanda kəsim üçün nəzərdə tutulan bəslənən heyvanları, ortalama, 300-350 kq diri çəkisi olanda kəsirlər. Məmurlar mal saxlayan, məsələn, Məhəmməd dayıya deyirlər ki, 350 kq olanda kəsmə, onları yedizdir, 600 kq olanda kəs, sənə 240 manat subsidiya verəcək – yəni, guya Məhəmməd dayını təşviq edirlər. O da indi otutub hesablayır ki, öz cöngəsinin çəkisini daha 250 kq artırmaq, onu bordamaq üçün (bu sözü məmurlar bilməz) daha çox yem lazımdır. Ətlik üçün bəslənən dana gündə ortalama 25–50 kiloqram arasında ümumi yem (ot, silos və qüvvəli yem qarışığı) istehlak edir. Dayı öz danasını, bir ilə yaxın bəsləməlidir ki, çəkisi 350 kq-dan, 600-700 kiloqrama gəlsin.

Bu da gündə:

– Qüvvəli yem və kəpək: 5–7 kq (1 kq 0.45–0.60 AZN), 2.50 – 4.00 AZN

– Qaba yem (Yonca, ot, saman balyası): 10–12 kq, 1.50 – 2.50 AZN

– Silos/Çuğundur jomu və mineral qatqılar: 0.50 – 1.00 AZN

– Cəmi günlük xərc: 4.50 – 7.50 AZN (aylıq təxminən 140 – 220 AZN).

Məhəmməd dayı 1 il danasını əvvə kəsdiyi normadan artıq bəsləyib 600 kq çəkiyə çatdırmaq üçün ildə hardasa, 1500-2000 manat xərcləməlidir ki, axırda məmurlar ona 240 manat versin”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: