Ukraynanın gələn il büdcəsində 32,6 milyard avro həcmində maliyyə çatışmazlığı yaranıb.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko açıqlayıb.
Onun sözlərinə görə, Kiyev gələn il büdcə xərclərini qarşılamaq üçün əlavə maliyyə mənbələri tapmalıdır. Nazir Ukraynanın müharibənin əvvəlindən bəri ən çətin maliyyə vəziyyətinə düşdüyünü bildirib.
Marçenko Avropa İttifaqını qeyri-standart düşünməyə və dondurulan təxminən 300 milyard dollar həcmində Rusiya aktivlərindən istifadə məsələsini yenidən müzakirə etməyə çağırıb.
Ukraynalı nazir bu vəsaitlərdən istifadə ilə bağlı hüquqi risklərin Aİ ölkələri arasında bölüşdürülməsini nəzərdə tutan mexanizmin nəzərdən keçirilməsini təklif edib.
Kiyev hesab edir ki, belə bir mexanizm Ukraynanın dövlət xərclərinin maliyyələşdirilməsi üçün əlavə vəsait cəlb etməyə imkan verə bilər.
Əliyar Xəlil