%D1%84%D0%BE%D1%82%D0%BE 1200

“Qəzzadakı böhranı “HƏMAS“sız hökumət qurmaqla həll etmək olar”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi Qriqori Lukyanov deyib.

Ekspertin fikrincə, İsrail hazırda bu perspektivdən imtina edir və ona görə də humanitar böhran uzun illər davam edə bilər.

“İsrail Fələstin siyasi qüvvələrinin nümayəndələri olmadan texniki hökumət qurulmasını istəyir. Lakin belə bir hökumət legitim olmayacaq. Çünki xalq bunu qəbul etməyəcək. Legitimlik olmasa, heç nəyi dəyişməyəcək”, – şərqşünas ivurğulayıb.

Bundan əvvəl İsrailin Qəzzada atəşkəslə bağlı yeni təklifi ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffdan aldığı məlum olub. O, 60 günlük atəşkəs və Həmas tərəfindən saxlanılan on israilli girovun azad edilməsini nəzərdə tutur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: