owl detail 620 9f72106b1fedac82d603eb876f4330bd

Danimarkanın Təhlükəsizlik və Kəşfiyyat Xidməti (PET) Rusiyanın ölkədəki müdafiə sənayesi və müdafiə şirkətlərinə qarşı təxribat xarakterli əməliyyatlar hazırladığını açıqlayıb. 

Globalinfo.az xəbr verir ki, bu barədə “Reuters” məlumat yayıb.

PET-in əks-kəşfiyyat rəhbəri Emil Qreşolmun sözlərinə görə, Rusiya xüsusi xidmətləri sosial şəbəkələr və onlayn oyun platformaları vasitəsilə Danimarka vətəndaşlarını cəlb etməyə çalışır. İddialara əsasən, onlardan mümkün hücumların hazırlanması məqsədilə müxtəlif infrastruktur obyektlərinin fotoşəkillərini çəkmələri istənilir.

PET hesab edir ki, bu cür əməliyyatların əsas məqsədlərindən biri Ukraynaya hərbi yardım tədarükünü pozmaq və Avropa ölkələrinə təzyiq göstərməkdir. Danimarka qurumu bu fəaliyyətləri Rusiyanın Avropaya qarşı apardığı hibrid müharibənin tərkib hissəsi kimi qiymətləndirir.

Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin isə ittihamları rədd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: