“Əgər bir qadın həyat yoldaşına şillə vurursa, bunu heç vaxt əyləncə üçün etmir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Fransa Prezidenti Emmaneul Makronla həyat yoldaşı Bricit Makron arasında yaşanan gərginliyə münasibətdə deyib.
O, Yelisey sarayanın hadisəni “zarafat” adlandırmasının inandırıcı olmadığını bildirib:
“Əgər arvad ərinə şillə vurursa, bunu heç də əyləncə, zarafat məqsədilə etmir. Ümumiyyətlə, bu məsələ bizim işimiz deyil. Makronların ailəvi mövzusu ictimaiyyətdə müzakirə olunmamalıdır”.
Əliyar Xəlil
Globalinfo.az