ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Keyt Kelloq amerikalıların Rusiya-Ukrayna müharibəsinə münasibəti barədə diqqətçəkən rəqəmlər açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Kelloqun sözlərinə görə, ABŞ əhalisinin 68-70 faizi Ukraynanı dəstəkləyir. Rusiyanın fəaliyyətinə müsbət yanaşanların payı isə cəmi 2 faizdir.
“Amerikalıların 68-70%-i Ukraynanı dəstəkləyir, yalnız 2%-i isə Rusiyanın etdiyini dəstəkləyir. Bu, Amerika xalqının Ukraynanın tərəfində olduğunu göstərir. Vaşinqtona qulaq asmayın. Vaşinqtonun öz baxış bucağı var. Buna görə də onu “bataqlıq” adlandırırlar. Lakin amerikalılar ümumiyyətlə Ukraynanın mübarizəsinə heyran qalır, onu başa düşür və ukraynalıları dəstəkləyirlər”, – deyə Kelloq bildirib.
Keçmiş xüsusi nümayəndə Ukraynanın hərbi potensialına da toxunaraq qeyd edib ki, ərazi və resurs baxımından Rusiyadan xeyli kiçik olan bu ölkə Moskvanı məğlubiyyət həddinə çatdırmaq imkanına malikdir.
Safura Bənnayeva
Globalinfo.az