nepla sel

Nepalda baş verən daşqınlar Çinlə sərhəddə yerləşən bölgələrə təsir edib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, indiyə kimi daşqınlarda azı 17 nəfər ölüb, 400-ə yaxın xəsarət alanın olduğu bildirilir.

    Məlumata görə, Rasuva bölgəsində başlayan daşqına zəlzələ səbəb olub.

    Nepal-Çin sərhədiin hər iki tərəfində axtarış-xilasetmə tədbirləri davam edir, indiyə qədər 12 nəfər xilas edilib.

    Eyni zamanda, Nepalda daşqın nəticəsində 291 turist və 93 yerli sakin itkin düşüb.

    Daşqın Çin-Nepal sərhəd-keçid məntəqəsini yuyub aparıb.

    Çinin dövlət mediası və Nepal rəsmiləri insan tələfatının çox olduğunu bildirir.

    Paylaş: