ygt

Paytaxtda metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***12:03

Paytaxtda metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yaşayış binalarından birində yanğın başlayıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub.

Hadisənin başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Oxu.Az (@oxuaz)

Paylaş: