Paytaxtda metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yaşayış binalarından birində yanğın başlayıb.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub.
Hadisənin başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.