İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının ABŞ ərazisi kimi təsvir olunduğu fotonu paylaşmasına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, Qəribabadi Trampın yayımladığı xəritədə Fars körfəzinin adının yazılışına diqqət çəkib.
“Tramp Fars körfəzinin adını düzgün yazdığı kimi, tezliklə onun Hörmüz boğazı ilə bağlı illüziyası tezliklə düzəldiləcək və ya biz bu illüziyanı quran adamın illüziyalarını düzəldəcəyik”, – Qəribabadi qeyd edib.