qcNa1VuatLqeqrAg

İrandan buraxılan iki dronla İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücum edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Rudaw” məlumat yayıb.

Nəşr yazır ki, Bərzaninin Ərbil əyalətinin Pirmam rayonundakı ofisi və təhlükəsizlik xidməti rəhbərinin iqamətgahına zərbələr endirilib.

Məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Ərbil rəhbərliyi hücumu qəbuledilməz adlandırıb və arxasındakı şəxslərin nəticələrə görə məsuliyyət daşıyacağını bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: