“Çeçenistanın rəhbəri Ramzan Kadırovun “Axmat” xüsusi təyinatlı dəstəsi ilə Rusiya Müdafiə Nazirliyi arasında müqavilə imzalanıb. Yevgeni Priqojin eyni müqavilənin “Vaqner” birləşməsi ilə imzalanmasından imtina etmişdi”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.
“Kadırov son zamanlar Priqojini sərt tənqid edir. Belə görünür ki, Priqojin onun Rusiya gündəminə qayıtması üçün bir şansdır. Ramzan Kadırov Vladimir Putinin müdafiəçisi rolunu Yevgeni Priqojindən sonra öz üzərinə götürüb. Priqojin mövcud vəziyyətdə rusların və çeçenlərin müxalif mövqeyini açıq şəkildə müzakirə etməyə başlayıb. Yaxın gələcəkdə vaqnerçilər və çeçenlər Rusiya kriminal aləmində ciddi rəqib ola bilərlər”, – o bildirib.
Qeyd edək ki, “Vaqner” birləşməsi Baxmutda tutduqları mövqelərdən geri çəkiləcəyini açıqladıqdan sonra Ramzan Kadırov Putindən həmin mövqelərin “Axmat” xüsusi təyinatlı çeçen birliyinə həvalə olunmasını xahiş etmişdi.
Ayşən Mustafa
Globalinfo.az