Moskva 1

Ukrayna Silahlı Qüvvələrinin (USQ) avqustun 16-na keçən gecə həyata keçirdiyi hava hücumu ilin əvvəlindən bəri Rusiyaya qarşı ən kütləvi hücum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” Rusiya Müdafiə Nazirliyinin məlumatlarına əsasən hesablamalar aparıb.

Məlumata görə, gecə ərzində Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri ölkənin 17 regionu, həmçinin Azov və Qara dənizlərin akvatoriyası üzərində 822 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Agentliyin hesablamalarına əsasən, bundan əvvəl 2026-cı ilin ən böyük hücumu iyunun 26-da qeydə alınmışdı. Həmin vaxt Rusiyada 660 Ukrayna PUA-sının vurulduğu açıqlanmışdı.

Moskva vilayəti də kütləvi PUA hücumuna məruz qalıb. Moskva meri Sergey Sobyaninin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri paytaxt istiqamətində 200-dən çox PUA vurub. Moskva vilayətində isə 187 PUA-nın zərərsizləşdirildiyi bildirilib.

Hücum nəticəsində Moskva vilayətində bir dinc sakin həyatını itirib, daha üç nəfər MKAD ərazisində, üç nəfər isə Podolsk şəhərində yaralanıb. Son məlumatlarda Rostov vilayətində də hücum nəticəsində ölənlərin sayının artdığı bildirilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: