SON DƏQİQƏ: HƏMAS atəşkəs təklifi ilə razılaşdı

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı müvafiq bəyanat hərəkatın rəsmi Teleqram kanalında dərc olunub.

Belə ki, HƏMAS Misir və Qətərdən olan vasitəçilərə atəşkəs təklifini təsdiqlədiyi barədə məlumat verib.

“HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə telefon danışığı aparıb. Danışıqlar zamanı HƏMAS təklif edilən atəşkəs layihəsini təsdiqləyib”, – bəyanatda deyilir.

Müşviq Tofiqoğlu
Globalinfo.az