iran 1111

İran ABŞ və İsrailin iranlılara qarşı törətdiyi cinayətlərə görə hüquqi məsuliyyətə cəlb olunmasına çalışacaq.

Globalinfo.az xəbər verir ki, bunu İranın Tailanddakı səfiri Nəsrəddin Heydari “TASS”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tehranın təcavüzə qarşı mübarizədə əsas prioriteti ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaqla yanaşı, İran xalqının ayrılmaz hüquqlarını müdafiə etməkdir.

Heydari bildirib ki, gələcəkdə İran vətəndaşlarına və mülki infrastruktur obyektlərinə qarşı törədilmiş cinayətlərə görə məsul şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına çalışacaqlar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: