static images.vnncdn.net vps images publish 000001 000003 2024 5 26 dmitry medvedev 1637 1 900x600 2

“Kuril adalarının Rusiyaya məxsus olduğunu dərk etməyən insanlar ciddi nəticələrlə üzləşəcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

O, bu barədə X sosial hesabında yazıb.

Xatırladaq ki, Yaponiyanın Xarici İşlər Nazirliyi bununla bağlı Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevi çağırıb. Rusiya səfirliyinin bu məsələ ilə bağlı şərhinin daha sonra yayımlanacağı bildirilib.

Qeyd edək ki, avqustun 13-də Vladimir Putin ilk dəfə şəxsən Kuril adalarına səfər edib. Yaponiya Xarici İşlər Nazirliyi isə Putinin İturupa səfərinə etirazını bildirib və adanın, Cənubi Kurilin digər üç adası ilə birlikdə Yaponiyaya məxsus olduğunu bir daha vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: