IMG 5158

Cari ilin yanvar-iyul aylarında müvəkkil banklar tərəfindən istehlakçılara dövlət büdcəsindən 122 milyon 83,6 min manat ƏDV geri qaytarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib. 

Məlumata görə, geri qaytarılan ƏDV ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neftqaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-ni əhatə edib.

Hesabat dövründə xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“Tax free”) məbləği 5 milyon 248,1 min manat təşkil edib.

Paylaş: