ag

Çində ağcaqanadları məhv edən qeyri-adi sistem hazırlanıb.

Globalinfo.az xəbər verir ki, “Photon Matrix” şirkətinin hazırladığı texnologiya LiDAR, radar və kompüter görməsindən istifadə edərək uçan ağcaqanadların hərəkətini izləyir və onları lazer vasitəsilə hədəfə alır.

Şirkətin məlumatına görə, sistem saniyədə 30-a qədər ağcaqanadı məhv edə bilir.

Sistem hazırda texnologiya və sınaq mərhələsindədir.

Şirkət bu texnologiyanın qapalı və açıq məkanlarda ağcaqanadlarla mübarizədə istifadəsini nəzərdə tutur.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: