qaluzin

Rusiya Ukrayna məsələsinin nizamlanması barədə Almaniya ilə heç bir rəsmi danışıqlar aparmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “TASS”a müsahibəsində bildirib.

Almaniya siyasi rəhbərliyinin son dərəcə aqressiv anti-Rusiya ritorikası və praktiki addımlarını nəzərə alsaq, belə təmasların baş tutması da çətin görünür”, – deyə o bildirib.

Bununla yanaşı, Qaluzin Rusiya və Almaniyanın müxtəlif ictimai qurumlarının nümayəndələri arasında qeyri-rəsmi təmasların olduğunu qeyd edib.

“Belə görüşlər olub və davam edir”, – deyə diplomat vurğulayıb.

Qeyd edək ki, “The Times” nəşri iyul ayında Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüş keçirildiyini yazıb.

Qəzetin yazdığına görə, görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə olunub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: