Rusiya tərəfi Kiyev və ətraf ərazilərə istiqamətlənən “İskəndər” operativ-taktiki ballistik raketlərinin buraxılış anlarını əks etdirən çoxsaylı videogörüntülər yayıb.
Globalinfo.az xəbər verir ki, son 24 saat ərzində yayımlanan raket buraxılışı videolarının sayı əvvəlki hücumlarla bağlı paylaşılmış görüntülərin ümumi sayını üstələyib.
Sosial şəbəkələrdə və Rusiya mənbələrində paylaşılan kadrlarda müxtəlif mövqelərdən “İskəndər” raketlərinin ardıcıl şəkildə buraxıldığı görünür.
Hələlik videolarda göstərilən buraxılışların sayı və onların hədəfləri müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Tahir Turan
Globalinfo.az