İran və ABŞ nümayəndələri arasında növbəti danışıqlar raundunun iyulun 11-də Pakistanda keçiriləcəyi bildirilir.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinin verdiyi məlumata görə, görüşdə İrana qarşı tətbiq olunan sanksiyalar, ölkənin dondurulan maliyyə aktivlərinin azad edilməsi və nüvə proqramı ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Tehrana danışıqlarda bir həftəlik fasilə verildiyini açıqlamışdı. Bildirilirdi ki, fasilə İranın ali dini lideri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədardır.
Əliyar Xəlil