“Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələr Rusiya ilə NATO arasında birbaşa müharibəyə gətirib çıxara bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RİAC) prezidenti Dmitri Trenin deyib.
Onun sözlərinə görə, Qərb Rusiyaya strateji məğlubiyyət yaşatmaq məqsədi güdür və bunun üçün raket və pilotsuz uçuş aparatları ilə hücumların intensivliyini artırmağa üstünlük verir:
“Bu ssenari Rusiya ilə Şimali Atlantika Alyansı arasında birbaşa hərbi qarşıdurmaya aparır”.
Bundan əvvəl ABŞ-ın Terrorizmlə Mübarizə üzrə Milli Mərkəzinin sabiq rəhbəri Co Kent də Ukraynadakı münaqişənin qlobal müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq etmişdi. O bildirib ki, ABŞ Ukraynaya maliyyə dəstəyini dayandırmaq və NATO müttəfiqlərinə təzyiq göstərməklə münaqişənin başa çatmasını sürətləndirə bilərdi.
Lakin Vaşinqton bu istiqamətdə kifayət qədər qətiyyət nümayiş etdirməyib və nəticədə vəziyyət getdikcə daha genişmiqyaslı qarşıdurmaya yaxınlaşır.
Əliyar Xəlil
Globalinfo.az