f35

ABŞ-da dəyəri təxminən 136 milyon dollar olan “F-35B” qırıcı təyyarəsi qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, ABŞ Dəniz Piyada Qüvvələrinə məxsus “F-35B” San-Dieqodakı Miramar aviabazasında qəzaya düşüb.

Hadisədən sonra bazanın ərazisində yanğın baş verib. Pilot katapult etməyə müvəffəq olub və xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin stabil olduğu bildirilir. Qəzanın səbəbi hələlik açıqlanmayıb.

 

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: