robot

ABŞ Çin istehsalı olan yeni humanoid robotların idxalını qadağan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

ABŞ Federal Rabitə Komissiyası (FCC) Çində istehsal olunan yeni humanoid və dördayaqlı robotların, eləcə də bərpa olunan enerji mənbələri və akkumulyatorları elektrik şəbəkələrinə və məlumat mərkəzlərinin avadanlıqlarına qoşmağa imkan verən güc invertorlarının ölkəyə idxalını qadağan edib.

Qərarın ABŞ-da süni intellektin inkişafını milli təhlükəsizlik təhdidlərindən qorumaq və strateji sahələrdə istehsalı ölkə daxilinə qaytarmaq məqsədi daşıdığı bildirilir. Vaşinqton Çin avadanlıqlarının tədarük zəncirində fasilələrə, məlumat oğurluğuna və kiberhücumlara səbəb ola biləcəyindən narahatdır”, – deyə bildirilib.

Məhdudiyyətlər yalnız hələ FCC tərəfindən sertifikatlaşdırılmamış yeni robot və invertor modellərinə şamil olunur.

Bununla belə, komissiya daha əvvəl satışına icazə verilmiş bəzi modellərin sertifikatlarını da ləğv edə bilər.

Çinin Vaşinqtondakı səfirliyi qərarı tənqid edib və ABŞ-ı Çin şirkətlərini qaralamağa və onlara sanksiyalarla hədələməyə son qoymağa çağırıb. Pekin belə addımlara cavab tədbirləri görəcəyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: