ags2eVtyJqlXSdE8JhUPFhkuKmczYhnlw3rDKiUJ 1200

Abşeronda futbolçuların həlak olduğu qəza ilə bağlı yeni detallar məlum olub.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Baku TV-nin müxbiri hadisə yerindən hazırladığı reportajda məlumat verib.

O bildirib ki, hadisə şahidləri qəzanın ötmə əməliyyatı zamanı baş verdiyini deyiblər. Belə ki, Rauf Ədalət oğlu Hüseynov “Toyota” markalı, 99-EN-365 dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Nəticədə “Toyota” qarşıdan gələn Mais Ağahüseyn oğlu Ağaverdiyevin idarə etdiyi “Ford Transit” markalı, 90-JJ-547 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub.

***

Dünən axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, 99-EN-361 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində “Toyota”da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar, “Ford”un sürücüsü isə xəsarətlər alıb.

Əldə etdiyimiz məlumata görə, qəzada ölənlər “Qobu” futbol klubunun oyunçuları olublar.

Qeyd edək ki, “Qobu” 2025/26 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Paylaş: