1000683235 1780814869301 520034513

Naxçıvanda kanala düşərək həyatını itirən azyaşlı Elmir Qurbanovun Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin general-leytenantı Babək Qurbanovun qardaşı oğlu olduğu məlum olub.

Globalinfo.az ANZ.az-a istinadən xəbər verir ki, Elmirin digər əmisi Bayram Qurbanov da hərbçidir.

O, Vətən müharibəsinin iştirakçısı olub və müxtəlif döyüş medalları ilə təltif edilib.

Qeyd edək ki, Elmir Qurbanov tanınmış musiqiçi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Cahangir Qurbanovun oğludur.

Xatırladaq ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin I sinif şagirdi Elmir Cahangir oğlu Qurbanov ötən gün itkin düşmüşdü. Aparılan axtarışlar nəticəsində azyaşlı kanal ərazisində tapılaraq xəstəxanaya çatdırılmışdı.

Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Paylaş: