85hRhn0JXyQAKN1mdUxD2y5eDzNt6D54gpIlhvuk 1200

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Texniki direktoru Rəşad Göyüşov öz ərizəsinə əsasən vəzifəsindən ayrılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq ASCO-dan bildirilib.

Məlumata əsasən, bununla bağlı səhmdar cəmiyyətin İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.

Qeyd edilib ki, R.Göyüşovun ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Paylaş: