tramp

ABŞ Prezidenti Donald Tramp husilərin mümkün hücumuna görə İranın məsuliyyət daşıyacağını bildirib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

    “Bir il əvvəl ABŞ husilərin ticarət və kommersiyaya mane olmaq üçün gəmilərə hücum etməsinə görə onlara çox güclü zərbələr endirdi. Onlar İranla münaqişəmiz dövründə məsuliyyətli davranıblar. Təəssüf ki, ötən gecə iki Səudiyyə Ərəbistanı gəmisinə atəş açmaqla yenidən buna başlayıblar.

    Husilər İranın dəstəklədiyi qüvvədir. Belə hal yenidən baş verərsə, İrana və əlbəttə ki, husilərin özlərinə qarşı ciddi hərbi cəza tədbirləri görüləcək”, – Tramp əlavə edib.

    Paylaş: