bayraktar pua

Polşa pilotsuz uçuş aparatlarına (PUA) qarşı raket zərbəsi və partlayış olmadan mübarizə aparmaq üsulu tapıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TVP World telekanalı məlumat yayıb.

Ölkədə Stratus adlı elektromaqnit sistemi hazırlanıb ki, bu, düşmənin PUA-larını dərhal sıradan çıxarmaq gücünə malikdir.

Layihə Gdansk Texniki Universitetinin alimləri tərəfindən hazırlanıb. Qeyd olunur ki, sistem güclü elektromaqnit impulsları ilə PUA-nın elektron komponentlərinin işini pozur və ya tam sıradan çıxarır.

Ənənəvi pilotsuz aparatlara qarşı vasitələrdən fərqli olaraq, Stratus cihazı dronları partlayış və fiziki zərər vermədən neytrallaşdırır. Buna görə də mütəxəssislər sistemi yalnız elektron səviyyədə təsir göstərən “görünməz qalxan”a bənzədirlər.

Texnologiya artıq sınaqdan keçirilib, lakin hələ tam tətbiq olunmayıb. Gələcəkdə Stratus kritik infrastruktur obyektlərinin qorunmasında və kütləvi tədbirlərdə istifadə edilə bilər. Çünki ənənəvi müdafiə vasitələrinin tətbiqi risklər yaradır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: