1679498744 480dd4f3 e551 4f7b b473 800fdd1b2764

22.03.2023 -cü il tarixdə Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə keçirdiyi əməliyyat axtarış tədbiri nəticəsində hazırda Penitensiar xidmətin Müalicə müəssisəsində saxlanılan məhkum Hacıyev Əli Əlibala oğlunun azadlıqda olarkən əldə etdiyi bir ədəd RQD-5 markalı əl qumbarası Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.

Globalinfo.az xəbər verir ki, əl qumbarası zərərsizləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarına təhvil verilmişdir.

1679498744 a880f8f6 f8de 4f05 a403 c80efd548c68

Paylaş: