jdHkUqb0SoO6d3z1MkmHANMTOKnfl2oQLXGpf56A 1200

Türkiyə kino sənətinin tanınmış simalarından olan Kərəm Bürsin Azərbaycana gəlib.

Globalinfo.az xəbər verir ki, Bakı gəzintisindən çəkdiyi maraqlı kadrları şəxsi sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən aktyor, paytaxtımız barədə xoş təəssüratlarını dilə gətirib.

Bakının arxitekturasına və gözəlliyinə heyran qaldığını gizlətməyən Bürsin Azərbaycanda olmaqdan böyük zövq aldığını və burada çox xoş vaxt keçirdiyini xüsusi qeyd edib. Məşhur ulduzun paytaxtımızla bağlı paylaşımları qısa müddətdə sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Paylaş: