nato ankar

Ankarada keçirilən NATO Liderlər Sammitinin yekununda “Ankara Bəyannaməsi” qəbul edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Bəyannamədə müttəfiqlər kollektiv müdafiəyə və transatlantik birliyə sadiqliklərini bir daha təsdiqləyiblər.

    Sənəddə Rusiyanın Avro-Atlantik təhlükəsizliyinə yaratdığı uzunmüddətli təhdid fonunda müdafiə imkanlarının gücləndiriləcəyi, 50 milyard ABŞ dollarından çox dəyərində yeni müdafiə satınalmalarının həyata keçiriləcəyi bildirilib.

    NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardım və təlim məqsədilə 70 milyard avro ayrılacağını, 2027-ci ildə də ən azı eyni səviyyədə dəstəyin saxlanılacağını bəyan ediblər.

    Bəyannamədə həmçinin İranın nüvə silahına malik olmamalı olduğu vurğulanıb və Tehran Hörmüz boğazında naviqasiya azadlığına hörmət etməyə çağırılıb.

    ***13:34

    Türkiyənin paytaxtı Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşü başlayıb.

    Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Mark Rütte dövlət və hökumət başçılarını qarşılayıblar.

    Dahya sonra NATO liderləri ailə fotosu çəkdiriblər.

    Screenshot 7
    Screenshot 4
    Screenshot 5
    Screenshot 6
    Screenshot 2
    Screenshot 1

    Paylaş: