NATO-nun Zirvə toplantısında iştirak üçün Türkiyədə səfərdə olan liderlər və həyat yoldaşlarının şərəfinə verilən ziyafətin menyusu açıqlanıb.
Globalinfo.az xəbər verir ki, liderlərin şam yeməyində türk mətbəxinin bir-birindən fərqli yeməkləri menyuda yer alıb.
İlk olaraq Trabzon yağı və Hizan balı, təndirdə bişmiş pidə, Dənizli yoğurdu, zeytun yağında hazırlanmış tərəvəz liderlərə təqdim edilib. Daha sonra masaya Kayseri mantısı və hisə verilmiş Ayaş tomatı gətirilib.
Ana yeməklər üçün liderlərə iki çeşid təklif edilib: Tarama, Urla sakız enginarı, Tokat üzüm yarpağı ilə hazırlanan dəniz levrəyi balığı. İkinci çeşid isə Trabzon yağı ilə közdə bişmiş badımcan, quzugöbəyi göbələkli plov, dana qabırğası olub.
Desert olaraq “Sütlü Nuriye”, maraş dondurması, Antep fıstığı köpüyü və berqamot təqdim edilib.
Jurnalistlərə də kabab, müxtəlif növ şorbalar və digər milli yeməklər verilib.
Qeyd edək ki, şam yeməyinə ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corciya Meloni, Yunanıstanın Baş naziri Kyriakos Miçotakis və digər NATO liderləri qatılıb.
Əliyar Xəlil
Globalinfo.az