6a4569f1208746a4569f12087517829340016a4569f1208726a4569f120873

Rusiyanın həyata keçirdiyi genişmiqyaslı hava hücumu Ukraynanın paytaxtı Kiyevdə ağır nəticələrə səbəb olub. Hücumdan sonra şəhərin müxtəlif ərazilərində ciddi dağıntılar qeydə alınıb, həyatını itirən və xəsarət alanların sayı isə artmaqda davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.

Onun bildirdiyinə görə, səhər saat 06:00-a olan ilkin məlumatda 3 nəfərin öldüyü, təxminən 25 nəfərin isə yaralandığı qeyd olunurdu. Daha sonra Kiyev meri Vitali Kliçko açıqlamasında ölənlərin sayının 5-ə, yaralananların isə 34 nəfərə çatdığını bildirib.

Son yenilənmiş məlumata əsasən isə, Timur Tkaçenko hücum nəticəsində həlak olanların sayının 8 nəfərə yüksəldiyini açıqlayıb.

Tkaçenkonun sözlərinə görə, Rusiya növbəti dəfə yaşayış məntəqələrini hədəf alıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: