“Yeni dövlətin yaradılmasının qarşısı belə alınır” – Politoloq

“Türkiyənin Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı planlaşdırdığı antiterror əməliyyatı seçki öncəsi Prezident Rəcəb Tayyib Ərdoğanın reytinqinə müsbət təsir edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə qeyd edib.

O bildirib ki, Türkiyə Suriyanın şimalında kürd muxtariyyətinin yaradılmasının qarşısını almaqla, bir növ, Rusiyanın bu regionda aktivliyinin qarşısını alır:

“ABŞ də Türkiyənin bu əməliyyatına səssiz qalır. Vaşinqton Suriyanın şimalında kürd muxtariyyətinin yaradılmasının mümkün olmadığının fərqindədir. Ona görə də ABŞ Türkiyə ilə ciddi qarşıdurmadan çəkinir. Şimali Suriyada nə ABŞ, nə də Rusiyanın planları baş tutur.

Bu hərbi əməliyyat Türkiyənin regional gücünün artmasına və Suriya ilə əlaqələrin normallaşmasına töhfə verəcək. Çünki bu əməliyyat Suriyanın ərazi bütövlüyünün qorunmasına zəmin yaradır. Demək olar, Türkiyə rəhbərliyi Bəşər Əsədlə dialoq qurub və bu əməliyat rəsmi Dəməşqlə əlaqələndirilib. Nəticədə Suriyada kürd terror təşkilatlarının separatizminə son veriləcək”.

Gülnar Səlimova
Globalinfo.az