“Bu günə qədər 104 min 435 müəllim sertifikatlaşdırma prosesində iştirak edib”.
Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırılma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazirin sözlərinə görə, 60 yaşdan yuxarı müəllimlər prosesə könüllü qoşulublar:
“65 yaşına çatmış müəllimlər isə sertifikatlaşdırmada iştirak etməyiblər və onlar mərhələli şəkildə yeni müəllimlərlə əvəz olunacaqlar. Hazırda sistemdə çalışan hər 5 müəllimdən biri yenidir. Sertifikatlaşdırma prosesində iştirak edən hər 10 müəllimdən 9-u uğurlu nəticə əldə edib”.
Emin Əmrullayev qeyd edib ki, 2022-2026-cı illərdə təşkil olunmuş sertifikatlaşdırma imtahanlarında iştirak edən 104 min 435 müəllimdən 60 min 818-i uğur qazanaraq əməkhaqqısına 10 faiz əlavə alıb.
“Yüksək nəticə göstərən 30 min 590 müəllimin əməkhaqqısına isə 35 faiz əlavə edilib. Ümumilikdə 91 min 408 müəllimin əməkhaqqısı artırılıb. Hər iki cəhddə uğur qazana bilməyən 9 min 334 müəllimin əmək müqaviləsinə isə xitam verilib”.
Zaira Akifqızı
Globalinfo.az