Çinin Sıçuan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində xəsarət alanların olduğu bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barəəd Rusiya mediası məlumat yayıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla iyunun 29-na keçən gecə saat 00:12-də qeydə alınıb. Təkanların episentri İbin şəhərindən təxminən 26 kilometr cənub-şərqdə, Sünçan qəsəbəsindən isə 17 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Hadisə nəticəsində azı 13 nəfər yüngül xəsarət alıb və onlara tibbi yardım göstərilib. Təhlükəsizlik məqsədilə 196 sakin təxliyə olunub.
Safura Bənnayeva
Globalinfo.az