
Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) silahlı qüvvələri ölkənin cənubundakı Ədən şəhərində yerləşən Maaşik prezident sarayının kompleksinə hücum edib.
Globalinfo.az xəbər verir ki, husilərin nəzarətində olan “Saba” agentliyi bu barədə mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hücum zamanı saray ərazisində Səudiyyə Ərəbistanı zabitlərinin rəhbərliyi altında fəaliyyət göstərən hərbi əməliyyatlar qərargahı, eləcə də onunla əlaqəli silah anbarları hədəfə alınıb.