347661353793431

ABŞ-də dayandırılmış “Green Card” lotereyası üzrə qeydiyyat prosesinin oktyabrın 18-dək bərpa edilməsi barədə məhkəmə qərarı çıxarılıb.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, müvafiq qərarı Kaliforniyanın Cənub Dairəsi üzrə federal məhkəməsi qəbul edib.

Qərara əsasən, ABŞ dövlət katibi Marko Rubio 2027-ci maliyyə ili üzrə müxtəlif ölkələrin vətəndaşları üçün nəzərdə tutulan immiqrant viza proqramına qeydiyyatı ABŞ-ın Şərq sahili vaxtı ilə oktyabrın 18-də gecə yarısınadək başlatmalıdır. Sənəddə qeydiyyat müddətinin 30 gün davam etməli olduğu da göstərilib.

Məhkəmə, həmçinin ABŞ Dövlət Departamentinə qeydiyyatın başlanma tarixi barədə rəsmi internet səhifəsində geniş ictimaiyyətə məlumat verməyi tapşırıb.

 

Paylaş: