Avropa liderləri Volodimir Zelenskidən ABŞ Prezidenti Donald Trampın ünvanına səsləndirdiyi açıq tənqidləri yumşaltmağı xahiş etməyi planlaşdırır.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, məsələ oktyabrın 16-da Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitində müzakirə olunacaq. Qəzetin mənbələrinin bildirdiyinə görə, Zelenski ilə söhbət qapalı qapılar arxasında aparılacaq.
Nəşrin həmsöhbətlərindən biri Kiyevə çatdırılması nəzərdə tutulan mesajı “sərt” kimi xarakterizə edib.
Nəşrin məlumatına görə, Avropa liderləri transatlantik münasibətlərdəki qeyri-sabitlik və Rusiyanın Ukraynaya davam edən hücumları fonunda həssas tarazlığı qorumağa çalışırlar.
Vaşinqtonla Kiyev arasında münasibətlərin son vaxtlar gərginləşməsi Avropa siyasətçilərinin ABŞ ilə əməkdaşlığın gələcəyi barədə narahatlığını daha da artırıb.
Əliyar Xəlil