
İsrail hərbçiləri Suriyanın paytaxtı Dəməşqdən təxminən 40 kilometr məsafədə yerləşən Hermon dağında bunkerləri və istehkamları məhv ediblər.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Fərat” agentliyi məlumat yayıb.
Məlumata əsasən, sözügedən ərazi 2024-cü ilin dekabrında Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra İsrail qüvvələrinin nəzarətinə keçib.
Hərbi obyektlərin paytaxtın qərbində yerləşən Bekasem yaşayış məntəqəsinin yaxınlığında dağıdıldığı bildirilir.
Kənd sakinləri ərazidə güclü partlayış səslərinin eşidildiyini deyiblər.