
“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda PSJ-yə qarşı keçirilən oyunda iki rekord müəyyənləşdirib. Komandası 2:4 hesabı ilə məğlub olsa da, hücumçu dubl etməklə Lionel Messinin göstəricilərini geridə qoyub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Actu Foot” nəşri sosial şəbəkə hesabında məlumat yayıb.
Haaland Çempionlar Liqası tarixində 60 qol həddinə ən az oyunda çatan futbolçu olub. Norveçli hücumçu bu göstəriciyə cəmi 60 matçda nail olub. Əvvəlki rekord argentinalı Lionel Messiyə məxsus idi. O, 60 qola çatmaq üçün 80 oyuna ehtiyac duymuşdu.
Bundan əlavə, Haaland turnirdə 60 qol vuran ən gənc futbolçu adına da sahib çıxıb. O, bu həddə 26 yaş 85 günlüyündə çataraq Messinin nəticəsini bir gün qabaqlayıb. Argentinalı ulduz 60-cı qolunu 26 yaş 86 günlüyündə vurmuşdu.
Haaland cari mövsümdə bütün turnirlərdə keçirdiyi 9 qarşılaşmada 10 qol vurub.
Qeyd edək ki, oktyabrın 20-də keçiriləcək III turda “Mançester Siti” Yunanıstanın AEK komandası ilə, PSJ isə “Barselona” ilə üz-üzə gələcək.
Əliyar Xəlil